آنا صفحه Ana Səhifə / Uncategorized @tr / Yeməklər / Sarı Şilə

Yeməklər / Sarı Şilə

Yeməklər / Sarı Şilə

Yeməklər / Sarı Şilə

Sarı Şilə : genəldə içindəki taxılı əzilmiş , bir az sulu və qatılaşmamış yeməklərə türk aşçı xanasında şilə deyərlər. sarı şilə dadlı yeməklərdən dir unun üçün də ana yeməkdən sonra yeyilən yeməlilərdən də sayılır.

içindəkilər:
düyü
düyünün iki qatı şəkər
badam xılalı
safran
darçın tozu
qızıl gül suyu

bişirməsi:
düyünü iki qatı su inan çox yumuşana can bişiririk.düyü yaxcı yumuşanıb bir az əzilmiş durumuna gəldiyində şəkəri artırırıq . sonra qızıl gül suyu , badam xılalı və dəməlnmiş safranı yeməyə tökürük . yemək çox qatılaşmadan ocaqdan götürlənir. sonra qablara tökülüb üstü darçın , badam , fıstıq və qızıl gül qurusu kimi zadlarla bəzənir.  bu yeməyə safranın yaratdığı sarı boyaq üçün sarı şilə deyilir.
bir para kimsə bu yeməyi bir diləyə varandan sonra paylaşar. dünyadan köçmüş insanların xatırına da bu yemək qonum qonşu arasında paylanan yeməklərdən dir. ona görə də bu yemək özəl yeməklərdən sayılır.
Nəfis Sinafər

This post is also available in: تۆرکجه

یازار / Yazar : نفیس سینافر

Leave a Reply

Your email address will not be published. Required fields are marked *