Öykülər / Nadır şah / Sarı ocaq
Ovşarlı nadır şahdan bir öykü: afğanların saldırıları qurtulmaq bilmirdi. Nadır şah səfi xan adlı başçısını qoruq üçün gürcistan və azərbaycana sarı göndərmiş idi.
nadır şah özü neyşaburda xalqa qonaqkən afğanların saldırı xəbəri qulağına çatdı. yük bağlayıb ərğiyana (bam və səfi abad) sarı yola çixdi. yoldan yetişəndən sonra başçısı səfi xana belə yazıb göndərdi:
“bu gün can, mal və namus təhlükədədir. işləri valilərə tapşırıb özüngü tez ərğiyana yetir.”
Nadır şah esfərayından geçməyi düşünürdü. ona görə ərğiyanın quzeyinə sarı yola çixdi. yolda bətər yağış tutub hər yanı sel basdı. bir təpə üstündə selin axıb geçəməsini gözlədilər. yağış kəsiləndən sonra o yurdun xalqı şahı sayıb sayğılamağa gəldilər. nadır şah iki gün o bölgəni oturaq etdi. iki gündən sonra esfərayəna sarı yola tüşdü.
o yurdun xalqı nadır şahın sevgisindən nadır şah və ordusunun yeməyi üçün qurulan ocağı anı üçün qoruyub qutladılar.
o gündən 300 ildən artıq keçir hələ də o ocaq quruludur. o kəndin adı da sarı ocaqdır.
o ocaq günümüzdə məscid olubdur. sarı ocaq məscidi adlandırılıbdır.
*bu öyküyü yılmaz xurasanlı adında xurasanlı araştırıcı dilləndiribdir .Yılmaz bəy özü sarı ocaq kəndində doğulubdur.
Nəfis Sinafər
This post is also available in: تۆرکجه