Ocaqlar / Söhümmət / Üç Günbəz
Söhümmət / Üç Günbəz : Söhümmət günbəzi urmıya şəhərinin canbazan (ustad bərzgər) xıyavanında olan əski dönəmdən qalan tikintilərdən dir.qaynaqlarda bu tikintinin səlcuqlu dönəmindən qaldığı yazılıbdır.başqa araştırmalarda bu tikintinin çox daha əski dönəmdən qaldığı yazılmışdır. bir para kimsələr bu tikintinin adına üç günbəz ya se gonbəd deyirlər nədənini də iki daha bu günbəzdən yaxın şəhərlərdə olduğuymuş. bəlli olduğuca bu ad sonradan verilən qondarma adlardan dır. urmulular bu günbəzə söhümmət deyirlər. bu günbəzin əski adı söhümmət dir.
söhümət əski türk ocaqlarından biri dir. ocaqlar türklərin qutsal bildiyi və tapındığı yerlərdir. Bu ocaqdan sutu gəlməyən körpə uşağlı analar süt istərmişlər. sutu olmayan ana ocağa gedib günbəzdə olan bacalara buğda töküb quzu kimi mələyərmış. Sonrası döşünün süt innən dolmasını diləyərmiş.
bir elin ya oymağın böyüyünün qabırı da (qəbiri də) ocaq sayılar . ona görə bu tikinti bir xaqan , xatın yoxsa xan ya bəyin qabırı olmalıdır.hər halda bu tikinti urmu şəhərində hələ də var olan ocaqlardan biri dir. urmu şəhəri və kəndlərində bütün türk elləri kimi çoxlu ocaqlar varimiş bu ocaqlar faşıst pəhləvi dönəmində torpağ ila bir oldular yerlərinədə ayırı tikintilər tikildi.
Nəfis Sinafər
This post is also available in: تۆرکجه