آنا صفحه Ana Səhifə / Ocaqlar_Damğalar / Ocaqlar / Damğalar və ocaqlar qaşqayı elində

Ocaqlar / Damğalar və ocaqlar qaşqayı elində

Ocaqlar / Damğalar və ocaqlar qaşqayı elində

Ocaqlar / Damğalar və ocaqlar qaşqayı elində

qayalar və daşlar üzərində qazılıb cızılmış,”nuquş_ı  çupanı” adlandırılan rəsimlər, aslında türk atalarımızın yaratdıqları simgəsəl bitimlərdir (nağışlardır). bunlar keçmişlərdən günümüzəçən uzanan bir ilişgi yöntəmidir. bu qaya rəsimləri cızınlər kımı onların hansı bölgələrdə yaşadığı, yaşam tarzları, iş-peşələri, inancları, duyquları və yaşama baxışlarının göstərgəsidir. bunların arasında, damğalar onlardan qalan çox önəmli bulqulardır , çün bunlar insanın yazı yaradmasının ilk atdımlarının görsətməsidir.

tamğa / damğa nədir?

bir zadın üzərinə iz qoymağa yaranan ayqıt.

bir zadın üzərinə qoyulmuş iz.

dəri üzərinə qoyulan dağalmış dəmir izi.

sümercə: tamğa

əski türkcə: tamğa

iran türkcəsi: damğa

azərbaycan türkcəsi: damğa

anadolu türkcəsi: damga

türkmən türkcəsi: tağma

özbək, qırqız, qazaq türkcəsi: tamğa

damğaların çeşidli işləmləri varımış.

iran və anadolu türkləri arasında tanılmış və yayqın damğalardan bir bölümü oğuz boylarının damğalarıdır .

daşlar və qayalardan başqa, keçmiş çağda damğalarla qarşılaşdığımız  yerlər bunlardır :

boyların bayraqları, xalça və əl toxumaları, üzük, çadır, paltar, sılahlar, qəbir(qabır) daşları və mal davar dərisi üzərində.

əski çağda boyların naxırları və sürülərinin bir birinə qarışmaması üçün ən uyqun yöntəm canlının təninə damğa vurmağımış. indisə artıq köçərilərin mal davarlarının azaldığı və özəlliklə obaların yatıqlanmasına  görə bu damğaların işləmi əldən getmişdir .

indiki çağda, bu damğalara dəyər verən türk elləri arasında iranın güneyində yaşayan qaşqayı elini ad aparmaq olar.

qaşqayı eli 6 böyük tayfadan oluşur :

böyük kəşküllü, kiçik kəşküllü , farsımadan(eymur), dərə şorlu, şiş bəyli(şış bölüklü), əmələ.

bu böyük tayfalardan ayrı neçə kiçik tayfada vardır ; bu tayfaların zaman içində toplumları kiçilib, azaldığı üçün böyük tayfalara sığınmışlar. bu tayfalar arasında olmayan ama özlərini qaşqayıya bağlı bilən türklərdə vardırlar. bu toplum çarmahal və isfahan bölgəsində otururlar .

hər tayfa neçə tirə və hər tirə bonkulardan və bonkular beylələrdən oluşur.

bunu artırmalıyam əski əl yazılara baxdığımızda qaşqayı tirələri tayfa və tayfaları el olaraq adlandırılıbdır. sonradan qaşqayını kiçiltmə düzəni nədənilə, el adı tayfaya və tayfa tirəyə yendirilibdir.

əskidən türk tayfalarınin özünə görə qutsal ocaqları varımış.

Qaşqayıda olan ocaqlar bunlardır:

şah ocağı, xan ocağı, tayfa ocağı, baba ocağı.

-bir para tayfalar çadırlarının üzünü uğurlu olduğu üçün şah ocağına sarı qurarmışlar. şah ocağı təkcə bir inancımış və gərçəkdə görkəmli ya tanınmış bir ocaq dəğildir.

-Önəmli ocaqlardan biri xan ocağıdır, obalılar xan ocağının udumlu və tutar olduğuna inanırmışlar.

Örnək üçün oğlan istəyən gəbə qadınların uşağı qız olanda, xanın ocaq başında onlara ürəkdən dua etmədiğinə inanırmışlar. xanın qulluqçusundan  bir yanlış baş vurandan sonrası o qulluqçu bir yamanlığa uğradığında, xan ocağının onu cəzalandırdığına inanırmışlar.

-bir daha önəmli ocaq, baba ocağıdır. baba ocağı bərəkət və uğur simgəsidir. qızlar gəlin olanda üç kərə baba ocağının çevrəsinə  dolanandan sonra ocağın külündən bel bağılarına bağlayıb ər obasına sarı gedərmişlər.

-ocaqlardan bir dahasıda tayfa ocağıdır. bu ocağın simgəsi damğadır. bu damğa tayfa ya tirəyə bağlı olan hamı kimsənin arasında ortaq bir simgədir.

Ocaqlar / Damğalar və ocaqlar qaşqayı elində

yaxın keçəmişdə damğa naxışlarını qaşqayı qadınlarının toxuduğu toxumalarında görmək olurmuş. indisə çox tayfalar ölülərin qabır daşı üzərinə bu damğaları cızırlar. beləcə qabır daşını görən, qabırda yatanın kim olduğu və hansı el obaya bağlandığını anlaya bilir.

əlbət indi bu damğaları çoğunluğla unudublar ancaq hələ də ocağların önəmini və dəyərini qoruyan tayfalar və tirələr vardır.

Ocaqlar / Damğalar və ocaqlar qaşqayı elində

Qaşqayıda yayğın olan damğalardan neçəsi bunlardır:

çepəni damğası

bayat damğası

eymür(eymir) damğası; farsımadan tayfasında

qayı damğası; çarda çerik tirəsində

yaparlı damğası; ığdırlarda(igdirlərdə)

avşar (əfşar) damğası

tatar damğası

                                                                                    Nəfis Sinafər

This post is also available in: تۆرکجه

یازار / Yazar : نفیس سینافر

Leave a Reply

Your email address will not be published. Required fields are marked *