آنا صفحه Ana Səhifə / Atalar Sözü-Deyimlər / Atalar Sözü-Deyimlər / Qaşqayı Deyimlərindən

Atalar Sözü-Deyimlər / Qaşqayı Deyimlərindən

Atalar Sözü-Deyimlər

Atalar Sözü-Deyimlər / Qaşqayı Deyimlərindən

1-Ele mən də səning əlingə su tökübəm.
Bu sözü biri obirisinə deyəndə yanı mən də səndən az bilmirəm və sənə görə mən də çox zadlardan baş aparıram.
2-Başım dişim təkin olana çağ:
Bu söz uzun bir gələcək çağı və sürəci işarət ediləndə deyilir.
3-G…ndə görməz dir:
Bu sözü tənbəl və başaracaqsız adam üçündeyərlər.
4-Arqacını atdım
5-Daşını atdım:
Bu sözü birini gözdən çixardıb və unutanda deyərlər.
6-İndi quşungu qonduraram difara(duvara):
Bu sözü tartışma içində birinin özgüvənini yendirmək və kəl-kəl etmək amacı ilə deyərlər.
7-Qurbağa Yowsusu tutur:
Bu sözü qırnıs adam üçün deyərlər.
Yowsu:bir tür kənə
8-Kaş çağı bağında olan kərəz öləydi:
Bu sözü qocalıb yatağa düşgün olan yaşlı birinə deyərlər.Yanı kaş ayaqda olanda ya gözdən düşmədigi çağ öləymiş.
9-Eşitdirmə vurur:
Bu sözü bir zadı vurğulayanda deyərlər.
Nəfis Sinafər

This post is also available in: تۆرکجه

یازار / Yazar : نفیس سینافر

بو یازینی دا اوخویون /Bu Yazını da Oxuyun

Atalar Sözü-Deyimlər

Atalar Sözü-Deyimlər Neyşabur türklərinin atalar sözlərindən: *Mən sənnən neçə köynək çoxraq irtmişəm *getdim sabab (savab) edim …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *