آنا صفحه Ana Səhifə / Öykülər / Öykülər / Siçan bəy innən pıspısa xanım

Öykülər / Siçan bəy innən pıspısa xanım

Öykülər / Siçan bəy innən pıspısa xanım

Öykülər / Siçan bəy innən pıspısa xanım

 Bir gün varıydı, bir gün yoxuydı. bir siçan bəyinnən bir pıspısa xanım variydi.

siçan bəy inən pıspısa xanım toy elərlər !

bir gün pıspısa sıçana diyər : qəndimiz yoxdı (yoxdur) get  qət (qənd) tap gətir.

siçan gedər xan evinə qənd gətirə .

siçan gedənnən (gedəndən) sora pıspısa da çıxar eşiyə, gedə gedə birdən tüşər dəvə ayağı çukquru dərin gölə. hərnə elər çıxanmaz.

görər bir atlı geçir, çağırar:

ey gələn atlı! ey gedən atlı!

xan evinə gedərsən,

pənir çörəh(çörək) yiyərsən

siçan bəyə diyərsən:

pıs xanım pısta xanım tüşüp dəvə ayağı dərin gölə !

tez gəlsin məni  çıxatsın (çıxartsın)

atlı hər yerə baxar görər səs gəlir ama heş kim yoxdı!

atlı gələr xan evinə, orda şam gətirəllər(gətirərlər) yeməz!

diyəllər(diyərlər) niyə heç zad yemisən? nəyindi?

diyər yolda gələndə belə bir səs eşitmişəm !

siçanda oturmuşdı dişinnən qənd doğrordı  kı bunu eşidər. qəndi qəndə qoyar, o birsiın bu birsinə tələsih(k) qaçar !

gələr görər hə! pıspısa xanım tüşüp dəvə ayağı dərin gölə !

diyər :

pıs xanım pısda xanım

saçları daban östə xanım

əlin ver çəkəyim

pıspısa diyər :

get s… am ağzan

əlim səndən küsəyi

siçan diyər :

saçın ver çəkəyim

pıspısa diyər :

saçım da səndən küsəyi

hər nə siçan diyər olmaz!!

Gedər bir kəssəh(k) gətirər qoyar çukqurun üstünə diyər :

qal elə ki orda qalasan !!

*bu öykü salmas ağızı ıla yazılıbdır. bu öyku tıq tıq xanım adı ıla da tanımlanıbdır.

Nəfis Sinafər

This post is also available in: تۆرکجه

یازار / Yazar : نفیس سینافر

Leave a Reply

Your email address will not be published. Required fields are marked *