Inanclar / Qız gülü / Oğlan gülü
Qız gülü / Lalə gülü : xurasan türkləri lalə gülünə “qız gülü” deyərlər. bu gülün qunçası ıla ilgili xurasan türklərinin arasında bir inanc var.Bu qunçalar açılana can neçə aşama boyaq dəyişərlər. ilk günləri alaq (pəmbə / çöhrayı) boyaqda olar sonra getdikcə qızarar.ilk günlərdə bu qunçalara oğlan gülü deyərlər neçə gün sonrası bu qunçaların içi qızarandan sonra adına qız gülü deyərlər. bundan sonrası solana can adı qız gülü dür.
Bu qunçaları qızlar və oğlanlar yaxcı yaşam yoldaşı tapmaq üçün yeyərlər. qızlar qunçaları açıb pəmbəsini yeyərlər ,oğlanlar da təkcə qızıl boyaqda olanları yeməlidirlər.
inanclara görə bu qızıl qunçalardan bir oğlan beş dənə yesə yaxcı bir xatun / xatın / qadın (xurasanda kişi yaşam yoldaşına xatunum deyər ) alın yazısına yazılar. bir qızsa bu qunçaların pəbbə boyaqlısını yesə yaxcı bir ağa / ər ( xurasanda qadınlar ərlərinə ağa deyərlər) qarşisina çıxar.
Göndərn : Yılmaz Xurasanlı (Abdullah Qasımı)
Nəfis Sinafər
This post is also available in: تۆرکجه