آنا صفحه Ana Səhifə / Xəbərlər-Yazılar / Xəbərlər_Yazılar / Folko-Yazı / Qış zumarı

Xəbərlər_Yazılar / Folko-Yazı / Qış zumarı

Xəbərlər_Yazılar / Folko-Yazı / Qış zumarı

Xəbərlər_Yazılar / Folko-Yazı / Qış zumarı

Qış zumarı
yuxulu gözəlrim açılmır ancaq həyətdən ucalı-alçaqlı danışıqlardan var gəl-yox gəldən bilirəm yenə anam yayın günlərinin birndə fotə vermirəm deyə arıtmalı-duğramalı alıb.qulaqlarımı qırpıram görəm nə xəbərdi?
– qız kölgüyə bir çul palaz sal buları da aç tök yerə lijlənəməsın.anam bacıma deyir.
-indi qoralar yetişib dərənə minnət.
əslində elə qora pişirən ayda qora suyu çəkərlər da dedim yerimdə ağnadım böyrüm üstə. anam gəldi başım üstə:
hən özün vurmusan tulku yuxusuna deməkda gözlərin şapıldatma dur tez ayağa get qonşuları çağır gəlsinlər bu sovzulara əl atsınlar. bala tək əldən səs çıxmaz. məndə olara vaxtında çox kömək elmişəm.əl əli yuvar əldə dönr üzü yuvar. bugun sovzuçı məni xusmanatdı təəriflədi hər nə tukanında var yöklədi getədi evə. bəlkə axşama ca arıdıb doğrayaq.mən ginə burnuz verdim.
anam:
sənə navar gö… qapı açmamısan kı! suyu küzə də günü bacada görmüsən.yoxsa bilərdin çörək daşdan dəmirdən çıxır. bu sovzular pul tutub .qışın günü mən kimin qapısına gedəciyəm mənə sovzu verin aş qoyram…bu gün sabahda qaplar açıb girəcəxsən. belə burnuz versən hər işə gündə min dəfə mənim tün bə tünümə abadlyacaqlar…
gördüm qırım qolaydı tez yorqanı atdım durdum. qaçıb pışık kimi üzümü yudum güllü çadıranı atdım başıma . şışık gözlərlə qaçdım küçüyə.
-məsəmə xala anam dedi işın olmasa o biri qonşuları da çağır gəlin bizə .anam bir dam bir dəhliz sovzu alıb qalıb əlində…
– yaxcı qızım əlan hamını ağnadıb tökərəm sizə. sən fəqət bizim çayımzı yetir.
qaytdığımda gördüm sovzu qalası düzəlib həyətdə. anamda bir az hüldə di. dedim ana bir az sakın ol sən həməşə deyərsən göz namərd olar əl mərd olar.il zumarıdı belə oqətin təlx eləmə.
-bəh bəh bu günkü quşlar dünənki quşlara cih-cih örgədir.ölməz xədicə görər nəvə nəticə. sənində arvad olmağın il zumarı eləməgin görəm işallah.
qızım qız olanda görəsən ,birin doğanda görəsən.
– sənə navar əmir bazarı dağılsın sənə bir dəsmal qalsın.
mən nə ərə gedəcam nə də uşağ doğacam.
– səlam bacı bax gör neçəsin gətirmişəm görər ?.
-maşalah çox xoş gəlmisiz.buyrn . vallah yaxın qonşu uzax qohumdan yaxcıdı.qonşularıma qurban kəsərəm. həyətdə duvar dibində çoxlu balış qoyduq qonşular bir-bir oturdu.
mən gündüz anadan olmuşdüm anam deyərdi sənin ayağın yüngüldü həməşə iş başlyanda mənə deyərdi hamı otursun sən gəl işın üstünə tez qurtulsun o gündə yenə mənim mamurıyətım varıdı. getdim otağa qayıtdım:
maman işin irəly…
– xoş gəldin.
– yenə gedib qayıtdım üç kəz həman sözələr’lə.anam dedi mən çox sınamışam bu qız işin üstünə gələndə adam bilmir navax qurtuldu.indi başlıyax.
– həbibə xanım o sovzuları qoy bura zəhmətdi
– qız sovzuları deyərm .
-bular nədi bə ?
_olar cəvvuyədi.
– təbrizli bacı bular kavardı.özüzü səriməyin hər şeyin adın dəyişmisiz.
– bəlkə də düzü sovzudı siz deyişmisiz.
anam araya söz qatsın deyə: hələ deyin evlənəndən, ərə gedəndən ,doğandan…boşluyun kavarı.
– eşitməmisən? dib qapının qızı qoşulub qaçıb.
-ey vay ….bu qızlar abırı yeyib həyanı qusublar valah.biri quş dili oxumaq həman tovlanırlar.yazıx nənə dədəsi…
– olsun elə təxsir nənədə di. qızın döymüyən dizin döyər.
-demə o sözü .uşaqlar böyür, südüyü köpüklyür ,sözə baxmırlar kı.
əlimdə bir mejmeyi çay.yanında xurma şirini ,durmuşam hürüt hürüt bulara qulaq asıram ..ancaq dişim bağırsağımı kəsir.
anam:
ay bala gəlin əyri oturax düz danışax. bu eybəcər əzəmin başından da artıqdı belə oğlan. kimə verəcadı qızın? şah abbasın qoşununda bir qoç iyit gəlcadı onu alsın? oğlan evi bir ilıdı buların qapısın dibdən çıxardılar.ama qızın atası minmişdi ənad atına. oğlanın hər şey nə pülçük bənd elirdi. öz gözlərində dirəgi görmürdü oğlanın gözündə çöpü görürdü. deyərlər : hərzaduvy bab elə görən desin ha belə. ağzının yemin tanyasan gərək.kürəkən uca yer ya alçaq yerdən olsa birovuz başmaq kimi ya ayaxdan çıxar yada ayağı yaralar. ama kimə deyərsən qızın babası deyərdi belə kor qızım da olsa vermərəm bu gedəyə. qız da deyərdi öldü var döndü yoxdı.göyül sevən göyçək olar da nə bilim.oğlan razı qız razı ğələt elədi qazı. məncə əcəb eliyiblər…heyi cavannlığım yadıma düşdü axı məndə cavanlıqda vərülmüşdüm…
ay qulaqlarım taqıldadı.tez məjmeyini yerə qoydum. dedim : mamannnnnnnnnnnn … kiməəəəəəəəəəə
-gülə gülə dedi babava
-oyandan məhnaz qavalı götürdü.
-qızım sənə başmaq alım?
-yox dədə qurbanın olum
-qızım sənə donnuq alım ?
-yox dədə qurbanın olum
-qızım sənə qızıl alım?
-yox dədə qurbanın olum
qızım səni qızım səni ərə verim?
ver dədə qurbanın olum.
çox gözəl səsi varıdı.

o başdan məsmə xala başladı:
ağacda lək lək yuva bağlar gedər qız sevən oğlan qəmə bağlar gedər….
anam gözəl səsi’lə arası kəsmədən:əli bala başmaqların yağlaram
əli bala üstünə gül bağlaram.
əli bala gecə bevaxta qalsan əli bala dəsmal alıb ağlaram.
sıdova yolu qana səni yanasan ana niyə məni vermisən öz sevdiyim oğlana.
dur qaş gəl yanıma ay gözəl qız bu gecə gəlməsən qalam yalqız…
ara kəsmədən o oxuyur bu oxuyur…dedim:
balam bizim qonşular hamısı xanəndəyəmiş . siz çadırasızlıqdan evdə qalmısız ha .malla nəsraddının bağlı bizovumə tək ötürsəz hamıdan bərk qaçarsız.
nahara kimin mən çay daşımaqdan yoruldum onlar nə sözü arıtmaqdan yoruldu nə də oxumaqdan.
-yemağa da kömək işləmağa da ..bax gör hamısı qurtuldu əşrəf xanım.Allah ağzı şirin qismət elsin .

Yazar : Zəkiyə Zolfəqarı

(Bu yazı doğu azərbaycan ağızı ila yazılıbdır)
Nəfis Sinafar

This post is also available in: تۆرکجه

یازار / Yazar : نفیس سینافر

Leave a Reply

Your email address will not be published. Required fields are marked *