آنا صفحه Ana Səhifə / Xəbərlər-Yazılar / Xəbərlər-Yazılar / Yazılar / Mısrı qılınc / Doktur Firuz Siminfər

Xəbərlər-Yazılar / Yazılar / Mısrı qılınc / Doktur Firuz Siminfər

Xəbərlər-Yazılar / Yazılar / Mısrı qılınc / Doktur Firuz Siminfər

Xəbərlər-Yazılar / Yazılar / Mısrı qılınc / Doktur Firuz Siminfər

Mısrı qılınc :
Elə ki bilirik kor oğlu dastanında kor oğlunun atası kor oğluya at ila qılınc tədarıkı görmüşdü və ona yapdırdığı qılıncın adı “mısrı” qılınc olmuşdur. Indi biz istəyirik bu adın üstündə dayanaq . niyə bu qılınca mısrı qılınc ad verilibdir?
nicə ki dastandan bilirik kor oğlunun atası, “alı kişi” bu qılıncı göydən düşən bir daşın parçalarından düzəltdirmişdir və çox möhkəm bir dəmir daşından olduğuna görə qabaqkı dəmir qılıncları doğrayırdı.
bilirik ki çox çox qədim dövrlərin inancına görə insanlar tanrını göydə bilib və ordan yerə gələn nəsnələri tanrı tərfindən yerə göndərilməsinə inanırdılar və o göydən düşən daş kı alı kişi ondan qılınc çəkdirmişdir onuda tanrının tərəfindən gəldiyinə inandıqlarına görə onu qutsal və üstün bir dəmir bilirdilər.
bildigimizə görə qədim türklər gök tanrısına inanıb və zaman zaman ona müxətəlif adlar vermişdilər , bizim bölgəmizdə yaşayan insanlar zərdüş dinindən qabaq uzun müddət yayqın olan mitrayis m ya mehr pərəsti adlı bir dinə inanırmışlar kı o dində mehr(mesr,mısır,mitra,mısra) tanrıcası sıtayış olarmış və onun simgəsı də günş və ya gün imiş və göydən yerə, gələn şeylərə də mısr ya mihr tərəfindən gələn bir şey hesab edərmişlər və o şeyə ad qoyanda onu mehr və ya mısr tanrıcasına mənsüb edərmişlər və o üzdən bu qılıncın adına “mısrı qılınc” demişlər. o qılıncın kəsginliyin də tanrının tərəfindən verilən bir güc bilib və o qılıncın sahibinə uğur və güc gətirməsinə inanarmışlar.
bastan şunasların etdikləri təhqıqata görə məəlüm olubdur kı mısır fıruvunlarından olan “tutnxamun”un yanında qoyulan qılıncda göy daşından düzəlmə bir qılınc olub, və mısırlılar da fıruvunlar zamanı göy daşından qılınc düzəldərmişlər.
bir ayrı baxışdan belə demək olar kı kor oğlunun qılıncının düzəlməsi mısırın fıruvunların qılıncı kimi düzəldiyinə görə və mısrıların göy daşından düzəltədikləri kimin düzəldilməsinə görə, ona mısrı qılınc ad veriblər.
bu mozua geniş baxanda görürük ki azərbaycanda mesr və ya mehr ilə bağlı başqa adlarda vardır ki biz burda bir neçəsinə işarə edirik. marağa şəhərinin yanında tapılan böyük ibadətgah ki ona mehrabə deyilir, və ya insanlara qoyulan mehr əli və mehran, mehriban adları, ya savalan da olan mehrab daşı və marağada mehr ava kənd adı, təbrizdə mehran çayı, qeydarda və bostan ovada mesrabad adıla kənd adı,kırmanda kəvir adı(kəvir mesr) ….
yuxarıda dediyimizə artırmalyıq kı mehr və ya misrə tapınma (mehrpərsəti, mitrayism) inancı öz döründə çox yayqın bir inanc olmuşdur və iran, anadolu, avrupa və mısır bülgələrində çox uzun bir zaman üstün bir inanc olub və o dövrün insanları mısır tanrıcasının adıla bağlı çoxlu adlar yaradıblar.
bu yer və çay və kənd və … adlarının üstündə dayanıb və fikirləşəndə, bu qənaətə gəlmək olur ki üstə dediyimiz kimi bu adlar mısır tanrıcasına nisbət verilən adlar dır və mısır tanrıcasına mənsüb olan çeşidli adlar bizim bölgəmizdə olduğuna görə, göy daşından düzəlinən qılıncın adı da bu tanrıcaya mənsüb olan bir ad dır.
bu fikirlərə görə kor oğlu dastanının yaranması da ,mir əli seyydavun dediyi kimin çox qədim dövrələrə ayıd olduğu ortaya çıxır, və folklorumuzun böyük xəzinələrindən olan bu nağıl çox çox qədim dörlərin inanclarının özündə əks etdiribdir.
sonda artırmalıyam kı, kor oğlunun mısrı qılınc ila bağlı bir aşıq havamızda var kı ,ona “mısrı kor oğlu” deyərlər, və elə bu havanın adı da kor oğlunun qutsal qılınc ila görsətdiyi şucaatlı dövüşlərdən götürülübdür.

“Doktur Firuz Siminfər”

Nəfis Sinafər

This post is also available in: تۆرکجه

یازار / Yazar : نفیس سینافر

Leave a Reply

Your email address will not be published. Required fields are marked *