Xəbərlər-Yazılar / Folko-Yazı / Məni tapanmazsan
İki il öncə ayın-şayın oturmuşdum, bir onda gördüm azrayıl adlı bir gözəl qapıdan girdi. xoş beşdən sonra dedi :
tez ol post-i pələnəgivi yiğişdir gedək.!.başımdan bir qazan qaynar su töküldi sankı. dünya başıma fırlandı valahı can şirin olar deyərlər. başladım yalvar yaxara.
dedim :gəl bu daşları ətəyindən tök məndən vaz geç qoy doyunca yaşayım ! məndən duvarı alçaq tapanmadın ? niə isti aşıma soyuq su qatırsan ? sənə neynəmişəm ? atıva eşşək ya eşşəyivə köşşək demişəm? get illər boyu yorqan döşək yorqunu olan xəstələrin canın al onları dincəlt. mənim hələ navaxtımdı ? baxma birçəyim ağarıb zamana ağardıb valah. elə yaşım yoxdı kı. necə deyərlər qora ikən məviz olmuşam .yaşamamışam. hələ uzun-uzun arzılarım var . musəlmanın sonkı aqlı deyərlər , bu yaşda qələm götürüb cızma qarayazıram. məcal ver neçə gözəl kıtablar yazım ,yaradım ,tərcümə edim …qoy uğul qız toyu görüm.nəvəm saçımı yolsun. gəlin kürəkən nazı çəkim. sonra bu meydan bu şeytan. boynum qıldan nazıkdı.ölmüyən şərfsizədi .
birdən dəli dumrul yadıma düşdü .ama taəssüf’lə mənim onun sevgilisi tay sevgilim yoxıdı kı mənim üzümdən ölməyə hazır olsun.
dedim …qaldım kəsilə kəsilə….
dedi : yazıq bala,sən oxuyanları mən toxumuşam.məyər bilmirsən yatan ölməz yetən ölər. heyy..
çox ağaclar üstə şüvlər doğranar…
yüz ildə yaşasan belə dünyadan doymasan.
deyərlər yemaq’la(yemək’lə) doymamısan yalamaqla necə doyacaqsan?
Dur da getmli qonağın tez getəməsi yaxşıdı.
dedim: yaxşı da səndə də suç yoxdo .min işçinin bir başçısı olar .ağa deyər sür dərəyə sürək da. ancaq eşitmişəm sən pasur oynamağı çox sevərsən.gəl otur bir iki əl oynuyaq gedərik.yay var qış var nə təlsik iş var.
nə başızı ağrıdım kı bir iki il pasur oynuyandan sonra kor tütdüyün buraxmaz kimi bu da yapışdı yaxamdan aslandı. mənimdə gönüm qalındı ha dəyirmanın bu başından ölü salsalar o başından diri çıxaram..bu tezlikdə təslim olan dəyiləm ki.
bu dəfəə dedim : bizim gizlən-tap oyunumuz var .çox şirin oyundur.
sən gözlərin yum mən gizlənim.məni tapsan gedək da.
O gözlərin yumdu mən dabana quvvət qaç kı qaçasan.
İnanmıram bu tezlikdə məni tapa…..
Yazar : Zəkiyə Zulfəqarı
Nəfis Sinafər
This post is also available in: تۆرکجه