Oyunlar / Urmunun yerli oyunları / Pillə-Dəstə
Pillə-Dəstə
Bu oyun açıq alanda oynanan oyunlardan dir.bu oyunda oyuncular iki eşit taxıma bölünürlər.
bir qurub bir çuqqur qırağında ya da nışanlanmış bir yerdə durarlar.o birisi qurub çuqqurdan uzaqda olub oyun alanında dağılarlar.
oyun yaraqları bir arşınlıq dəstə adında bi ağacdan və bir arşının beşdən biri olan pillə adında bir təxtədən oluşur. oyunu başlayan taxım dəstə innən pılləyə vurub bir arşın yerdən ucalığa atar, onda bərkdən bir zərbə pilləyə vurar. Pillə qarşı taxımın alanına sarı tovlanıb gedər. o taxımdan birisi pilləni göydə qaparsa bu iş taxımın qazancına olar. pillə yerə düşərsə gərək bu taxımdan birisi pilləni götürüb atışdan sonra yerə qoyulmuş dəstə ağacına sarı ata pillə dəstəyə tuş gəlirsə bu taxımın qazancı olur. yoxsa başlayan taxıma qazanc sayılar.
Şəkil: urmiyə ulus tanıma muzeyi
Nəfis Sinafər
This post is also available in: تۆرکجه