Qoşqular / Uşaq qoşmacası / Keçəl
- Keçəl keçəl bamiyə
Getdi məriz xaniyə (xanaya)
Keçəlin başı yağlıdı
Məriz xana bağlıdı
Keçəl deyər vay başım
Qazanda qaynar aşım
Aşımı içən olaydı
Başımı biçən olaydı
- Keçəl ,keçəl, daz keçəl
Hər yanda pərvaz keçəl
Qış gəlib qurtarmısan
Budur gəlir yaz ,keçəl
- Keçəl keçəl ,mərəndli
Qolları düymələndi
Eşitmişti saç gəlir
Başına kül ələndi
- Keçəllər ha keçəllər
Yığışar aş içərlər
Keçəlın hindi başı
Məzəmmətlidi başı
O tayda daş atdılar
Bu tayda sındı başı
Nəfis Sinafər
This post is also available in: تۆرکجه