آنا صفحه Ana Səhifə / Qoşqular / Qoşqular / Həpsənə

Qoşqular / Həpsənə

Qoşqular / Həpsənə

Qoşqular / Həpsənə

həpsnə oy həpsənə

həpəsnə bir quşuydu

bağçaya qonmuşuydu

bəy oğlu görmüşüydü

oxunnan vurmuşuydu

bəy oğludan bezaram

kətan köynək yazaram

kətan köynək mıl mılı

gəl oxu bizim dili

bizim dil urmu dili

urmudan gələn atlar

ağzında yeyən çatlar

tat mənə darı verdi

darını səpdim quşa

quş mənə qanat verdi

qanatlandım uçmağa

həq qapısın açmağa

həq qapısı kilidli

kilidi dəvə boynunda

dəvə şırvan yolunda

şırvan yolu zər bəzər

içində ahu gəzər

ahunun balaları

məni gördü ağladı

ətəyimə qığladı

ətəyim dəlik dəlik

qurbağa bölük bölük

qurbağayı haxladım

həsən bəyi saxladım

həsən bəyin nəyi var?

həsən bəyin iti var

(göy mıncıxlı atı var)

əlli batman götü var

Bu qoşqu urmu şəhərinin yerli qoşqularındandır. bu qoşquya oxşar qoşqular bütün türk ellərində vardır.

Nəfis Sinafər

This post is also available in: تۆرکجه

یازار / Yazar : نفیس سینافر

Leave a Reply

Your email address will not be published. Required fields are marked *