Geyimlər / Süsgələr / Mixək Mixək : mixək köçəri türklərinin sevdiyi süsgələrdən dir. mixək çöplərini xınalı suda isladıb, iynə inən neçə yerdən dəlib içindən ip keçirdərlər, Mixəklərin bir bir yanına dizməyi ilə boyun bağı ( boymaq) kimi süsgələr düzəldərlər. Mixək süsgələrini qız gəlinlər, gəlinlər və gənc qadınlar toylarda boymaq ya …
Read More »Bitgilər / Ala lubban
Bitgilər / Ala lubban Ala lubban: kələm kimi köklü bitgilərdən dir. yeməli bitgi dir. Göndərən:yılmaz xurasanlı( əbdullah qasımı) Nəfis sinafər
Read More »Inanclar / Tülkü / Tilki
Inanclar / Tülkü / Tilki Iranin Güneyində yaşayan türklərin inanclarından : Tülkülər vayxıranda (vaqqıllayanda) başmaqlar üzü üstünə çevirilsə səsləri kəsilər. Nəfis Sinafər
Read More »Atalar Sözü-Deyimlər
Atalar Sözü-Deyimlər Qaşqayı türklərinin ata sözlərindən: *Tək əldən şap çixməz (çıxmaz) *Təpik yeyəndə də at təpiyi yeyəsiyəng nə eşşək təpiyi *Taylı tayını bulmasa (tapmasa) *Günü yamanlığa gəçər(geçər) *Böyükdən üzülən böyük olmaz *El gəyirəni( qayıranı) sel dəvirəməz *Özümü sevən itimi daşlamaz *Diningdən (dinindən) çixding (çıxdın) elingdən (elindən) çixmə (çıxma) *Atılan daş …
Read More »Geyimlər / Süsgələr / Qolbağı
Geyimlər / Süsgələr / Qolbağı Qolbağı : qola bağlanan yazılı, naxışlı qolbaq. Qolbağıların üzərinə mıncıqla daş dan damğalar, yazılar və dovalar tikilirmiş. Qolbaq özəl toxunmuş iplər yoxsa bezdən qulplarla qola bağlanırmış. Bir para ellərdə qolbağının qol altı bölümündən qotaz və mixək (muxək) sallarmışlar. Nəfis Sinafər
Read More »İnanclar / Bizdən yeylər
İnanclar / Bizdən yeylər Qaşqayı türklərində bizdən yeylərə bağlı inanclar: -Gecələr tuluğdan su gətirməzlər; bizdən yeylər ondan su gətirməyə gəlmiş ola bilərlər. -Gecələr yerə sıcaq (isti) su tökməzlər; bizdən yeylərin balalarının üstünə tökülə bilər. Beləcə bizdən yeylərdən sarı gələn qada balalardan iraq qalarlar. Nəfis Sinafər
Read More »Toxumalar / Nəfər qalısı
Toxumalar / Nəfər qalısı Nəfər eli iranın güneyində yaşayan böyük türk ellərindən dir. bu elə özəl toxumalardan nəfər qalısı dır. Göndərən: Muhəmməd bağer Səttarı Nəfis Sinafər
Read More »Xəbərlər_Yazılar / Xoyun daş qapı yonultusu
Xəbərlər_Yazılar / Xoyun daş qapı yonultusu Xoy şəhərinin daş qapısında qurtuluş savaşının (erməni saldırısı qurtuluşunun) yuzuncu il dönümü anıtına yonulan duvar yonultuları. gələcək il erməni cinayətlərinin yuzuncu il dönümüdür. Göndərən:Abbas Hüseynlu Nəfis Sinafər
Read More »Dəblərimiz / Baydaq
Dəblərimiz / Baydaq Qaşqayı türklərinin toy baydağı : Bu baydağı toyda oğlan obasının çadırı üstünə dikərlər. Baydağın ucuna bir kəllə qənd asılar, toyun sonunda obanın gəncləri bu kəllə qəndi nışanlayıb gülləliyərlər. iranın başqa türkləri özəllik’lə azərbaycan bölgəsində yaşayan türklərdə də əskidən toy baydağı dikmə dəbi varımış. Nəfis Sinafər
Read More »Əmçilik / Sülük
Əmçilik / Sülük Beyin damrlarının partlamağına görə bayılan adamın başına Sülük salarmışlar. Sülük laxtalanmış kifir qanları əmərək qanın durulmasıyla qan dolaşımının düzgün axmasını sağlayar.
Read More »
یئنی قاپی – ائل بیلیمی
