Atalar sözü _ Deyimlər
Deyimlər:
1-gödən qulu/ qarın qulu/ qarın pa / qarna pa / boğaz qulu/ qarın dəlisi / xurrun :
-çox yemək yeyən
2-iyinədən çöpə / buzdan duza / bitdən sirkəyə / bit bit / yerli dibli / yerli yataqlı :
-bir zadı ya olayı bütün detaylarıla anlatmaq
3-ənginin peçini boşaltmaq / dilinin (ağzının) dadını bilmək :
-birinin dili altından söz çəkəmək
4-tüpürcəyi güllə yerinə işlədir / eşəşəyi gedir :
sözü geçərli olan biri
5-xəncər pıçaq olmaq / qanlı pıçaq olmaq / birinin qanını içmək / it pışık olmaq / ətinən(əti lə) qılıc / birindən yan aparmaq:
-biriylə yaman olmaq
6-şor qatmaq / fırtına salmaq / fırtısana çıxartmaq / canqala qopartmaq:
bir işi birbirinə qatmaq
7-köhnə samanları sovurmaq / köhnə çıqqın açmaq / köhnə xərmən sovuərmaq / köhnə küllükləri eşələmək :
əski anılar və olayları ortaya qoyub yenidən didiştirmək
8-it qursağı sarı yağ? / bab olmaq / bablı Babı ıla / bablı babını bular murçalıq qabını /
çölmək dığırlanıb duvağını tapıb / qablama dığırlanıb qapağını tapıb / köpəyin gönlü köpəyə şaddır / gögdüş dığırlanıb duvağını tapıb :
özünə bənzər biri ilə birlikdə olmaq
9-kəpək altında unu olan / çörəyində çiyi olan :
Niyəti saf olmamaq , bir zadları gizlədən və doğruluq yoxu olan biri
Nəfis Sinafər
This post is also available in: تۆرکجه