آنا صفحه Ana Səhifə / تگ‌لرین آرشیوی / Təglərin Arşivi

تگ‌لرین آرشیوی / Təglərin Arşivi

Yeməklər / qavurqa /qovurqa

Yeməklər / qavurqa /qovurqa qavurqa /qovurqa Bir çuqqur qazıb bir palas yoxsa cecimi içinə salıb özəl bir dibək düzəldərlər. Buğdanı bu dibəkdə ağac toxmağı ıla döyərlər. Qabığını alıb sonra yelləyib(əfsib) sütərlər(yanı sütdə isladarlar). Gələn günü sacda qavurub(qovurub) çədənə ilə qatarlar. Bu qavurqa çillə gecəsinin çərəzlərindən dir. Göndərən:Abbas hüseynlu Nəfis Sinafər

Read More »

Tanıtmalar / Tuluq daşı / Tuluq bərəkət daşı

Tanıtmalar / Tuluq daşı / Tuluq bərəkət daşı Tuluq daşı / Tuluq bərəkət daşı: Bu daşı ayran yayan tuluğun içinə atarlar .bu daş kərənin ayrandan ayırılmasında yaxcıraq etki qoyub؛ kərələrin bir yana yığışmasına yardımcı olar. Bu daşa tuluq bərəkət daşı deyərlər  çün kərənin artılmasında etkin dir. Göndərən:Abbas Hüseynlu  Nəfis Sinafər

Read More »

Xəbərlər_Yazılar / Xoyun daş qapı yonultusu

Xəbərlər_Yazılar / Xoyun daş qapı yonultusu Xoy şəhərinin daş qapısında qurtuluş savaşının (erməni saldırısı qurtuluşunun) yuzuncu il dönümü anıtına yonulan duvar yonultuları. gələcək il erməni cinayətlərinin yuzuncu il dönümüdür. Göndərən:Abbas Hüseynlu Nəfis Sinafər

Read More »

Bitgilər / Pişik gəvəni

Bitgilər / Pişik gəvəni Bu gəvənin adı pişik (pişiy) gəvənidir. bu gəvən güney doğu avrupadan orta asyaya can və güney amerikada görünən bitgidir.Gəvənə bir para ağızlarda kəvən də deyərlər. Şəkil: abbas hüseynlu Nəfis Sinafər

Read More »

Yaraqlar / Yağ çəkəmək düzəni

Yaraqlar / Yağ çəkəmək düzəni yağ çəkəmək düzəni : döyülmüş yağlı çəkirdəklərin yağını çıxartmaq üçün bir düzəndir. Yağ çəkəmək düzənində bu yaraqlar işələnir: göbək daşı , burğu dirəyi , buracaq , ağır ağac (hambal ağacı) , ağır ağacın dayağı göbək daşı burqu dirəyini yerdə dəngəli saxlamaq üçün dür. burğu dirəkinin bir …

Read More »

Bitgilər / İt xıyarı / Eşşək xıyarı / Xər xıyar

Bitgilər / İt xıyarı / Eşşək xıyarı / Xər xıyar İt xıyarı / Eşşək xıyarı / Xər xıyar :bu bitgi qara çalıq(sinuzit) çirklnəməsinin darmanıdır. bu bitginin suyunu çıxardıb bir ya iki damcı buruna damızarlar. bu bitginin bir iki damcısı toxtatıcıdır ama olduğcada qadalaqlı (təhlükəli) bitgi sayılır. neçə damcıdan artığı ölümə yol …

Read More »

Oyunlar / Aşıq oyunu

  Oyunlar / Aşıq oyunu Aşıq oyunu : aşıq oyununun yaraqlarının adı aşıq / aşşuq / huşaq / aşaq / qapdır. aşıq qoyunun dizində bir oynaq sümüküdür. bu sümügün hər 4 yönünə aşıq oyunu üçün, özəl adlar verilibdir. adlar bunlardır: cik, bök, alçı, tovxan danqa atdı, qələşə ,cüftə, süt, … …

Read More »

Bitgilər / Noruz gülü

Bitgilər / Noruz gülü Noruz gülü: yazın ikinci xəbərcisi noruz gülüdür. qarlar əriməyə başlayıb toprağa gün dəyəndə noruz gülü çırtlayar. bir para bölgələrdə bu çiçəyin güllərini yeyərlər. bu gülə noruz çiçəgi və xədicə gülüdə deyərlər. Göndərən : əbbas hüseynlu Nəfis Sinafar

Read More »

Bitgilər / Qar çiçəyi / Qar gülü

 Bitgilər / Qar çiçəyi / Qar gülü   Qar çiçəyi / Qar gülü: Yazın ilk xəbərcisi; qarlar əriməyə başladığında bu gül qarları yarıb çiçəklənər. Bu gül çiydəm gillərdən,soğanlı bir güldür. Şəkil: Abbas Hüseynlu Nəfis Sinafar

Read More »

Dəblərimiz / Elçi daşı

Dəblərimiz / Elçi daşı Elçi daşı: Keçmişdə başqa kənd ya eldən söz gətirən üçün bu daşı qapı ağızına qoyarmışlar. Elçi (sözcu/sovcu) gələndə börkünü bu daşın üstünə qoymaq ilə söz sav gətirdiğini bəlli eləemiş. (indilər elçi adı təkcə qız istəyən üçün işlənir.) Göndərən: Abbas Hüseynlu Nəfis Sinafar

Read More »