آنا صفحه Ana Səhifə / Atalar Sözü-Deyimlər / Atalar sözü_Deyimlər / Qaşqayı Deyimləri

Atalar sözü_Deyimlər / Qaşqayı Deyimləri

Atalar sözü_Deyimlər / Qaşqayı Deyimləri

Atalar sözü_Deyimlər / Qaşqayı Deyimləri

qərə qurudu baş dəyil beləsinən danışmayıng:

Bir para vəxətlər biri deyər ki fılanı kimsəning qərə qurudu baş dəyil beləsinən danışmayıng.
Munung hikayəti budur kı
gəçən zamanlar arvadlar xurus oxumaq vəxti uxudan(yuxudan) oyanırlarıdı
yayıq yayırlarıdı və ayranını bir böyük qazanda qeynədırlarıdı(qaynadırlar)
və çikəlıg* qayırırlarıdı
onda çikəlıyı tökürlaridi(tökürləridi) bir ağ böyük kessə (torba) içinə və çatmadan asıllarıdı
və bir böyük qazan qoyrularıdı o kessəning altına ta çikəlıg suyundan dola
vəxəti qazan çikəlıg suyundan dolardı
onu qeynədirlaridi ta qərə qurud ola
indi burda bir para arvadıng qərə qurudu baş olmırdı(bərkimirdi) və dərfdə* yoxudu kı tökə içinə və obada gecəli köçürdü
bu arvad bir ir* bu qərə quruda deyirdi ta baş ola:
qərə qurudum baş
qərə qurudum baş
oba köçdü yurdda qaldıng
qar töküldü altda qaldıng
qərə qurudum baş
qərə qurdum baş

və elə idama verirdi
əgər oba-oka əl edənən çəz(cən) qərə qurud baş ya sift olmayaydı
məcburrudu kı qazanı yan edə yerə və tez onu yua(yuya) və qoya qazan torbası içinə və amada ola köçməg içi
bu arvad çun qərə qurudu sift ya baş olmamuşdu
çox narahatıdı və yaxşı sözdən də yamanı gəlirdi
və xəlx çun bilirdi ki bu arvadıng qərə qurudu baş olmamuş, ondan hadar edirlaridi və deyirləridi munung qərə qurudu baş dəyil beləsinnən danışmayıng
və bu el içinə bir yaxşı məsəl olmuşdur

 Göndərən : Əmrullah Pənahı Azad (Namı)

*çikəlig : pənirə bənzər bir çeşit ağarantı
*ir : yir , qoşqu, şeyir
*dərf : zərf, qab

-bu deyim güney türkcəsinin deyişlərindən olan qaşqayı elinin kəşkullu tayfasının ağızı ila yazılıbdır.

Nəfis Sinafər

This post is also available in: تۆرکجه

یازار / Yazar : نفیس سینافر

بو یازینی دا اوخویون /Bu Yazını da Oxuyun

Atalar Sözü-Deyimlər

Atalar Sözü-Deyimlər Neyşabur türklərinin atalar sözlərindən: *Mən sənnən neçə köynək çoxraq irtmişəm *getdim sabab (savab) edim …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *