Xəbərlər_Yazılar / Folko-Yazı* / Mərsiyə xatirələri
Anam’la mərsiyəyə getmişidim. malla oxuyub qurtulandan sonra mərsiyəyə gələn xanımlar cumalaşıb danışırdılar. söz sözü gətirmişdi, arşın bezi . hamı danışırdı gahdan neçəsi səs səsə verib danışırdılar. mən qalmışıdım hansısına qulaq asım .təkcə bir qonşu səssiz-səmirsiz oturmuşudu. məndə bir güşədə onun qızı səhər’lə oynuyurdum. ama iki qulaqda borc edib danışıqlara qulaq asırdım .
anam o qonşuya üz tutdu dedi: ay qız qaş-qabağın yer supurur, niə qəm dənizində qərq olmusan? gəmilərin batıb? Danış-gül qəməlri hörük elə at dalıva.
dedi: bacı dindirmə dəmirçini dərd alıb içini. canım buğazıma yığışıb. dəli şeytan deyir da açam sandığı tökəm pambığı; bu kışının abırını aparam. bir çörək götürə yetdi ağac yol gedə …qaça da bu şəhərdən.
anam dedi : sən mən’lə payla dərdlərivi ama bacı hamıya deməyin də faydası olmaz. ürək sufrə dəyil ki hamının yanıda açasan! yetimə vay vay deyən çox olar; çörək verən olmaz. özün başıvın çarəsinə bax. indi hələ danış görüm dərdin nədi axı.
başladı:
vallah allah bəxt tikib təxt tikmiyib . mən gələndən bu gedənin evinə bir üzüm sillə yeyib biri tüpürcək. saçlarım ayağıma sallama gəlib. səhərdən axşama qərə qaravaş tək işəlirəm nə haqdadı nə minnətdə. bilmirəm nə verib mənim quru canımdan alanmır. axı iyidin ya xoş dili olar ya bir çuval pulu. bunda heş biri yoxudu. nə doyun qarın çörək verir nə də alahdan ötür bir xoş xulqı var. ər arvadlıqdan gecə yatmağı anlıyır onuda vəhşi bir heyvan təkin. nə deyyim ay bacı silləy’lə üz qızardıram. o gün durub dərd havası yaxınımızda kı parka getmişdim o adama oxşamaz nayetik qonşum görüb deyir hə bəxtəvər parkda nə gəzirsən? dedim heç dərd əlindən dağa qaçdım dedilər eşqinə bax məsəli. ay qız nə qoymusan nə axtarısan məndən bəxtəvər çıxar? rəngimə bax halımı xəbər al. nə başıvı ağrıdım əvvəlki ərimdən boşandım bəlkə gün görəm əma bilmədim yay gününə qızışmayan qış gününə qızışmaz. mən cəhənəm! bu qızada gün ağlamır belə. deyəndə də körpü qalır çayın o tayında. deyir dəvə nəzərəm belə gəzərəm. bəyənmirsən xoş gəldin.
anam dedi mən səni anlıram ama börkün qoy qabağıva bir az düşün bəlkə elə iyidə də var cəhrədə də onu ərin …də. sən məhəbbət əkəsn məhəbbət biçərsən. it kütdən, insan məhəbbətdən qaçmaz. məhəbbət daş ürəkləri yumuşadar. sən bir qulağın dər elə birin dərvaza. bax hər nə salsan aşıva, o çıxar qaşığıva. sən mənim sözümü qurbətə salma get büyündən(bu gündən) kişivə məhəbbət elə gör necə mum kimi yumuşanacaq. sənin bu gözlikdə cıqqılı qızın var…
mən cıqqılı qız kələməsini eşitmək həman qaçdım anamın qabağına .
–maman maman mən cıqqılı qızları oxuyum ? onun cavabını gözləmdən başladım:
cıqqılı qızım du çay qoy
evi supur nahar qoy
mənim adım həlmə dı
amrıkadan gəlmədi
amrıka mənim olsun
qırmızı donum olsun
geyəm gedim tehrana
tehranda toyum olsun
qızlar gəlsin toyuma
qurban olsun boyuma.
anam dedi bərkallaə qızım. qoy gəlsin səhərdə oxusun.
dedim : birində büyün (bu gün) örgənmişəm qoy oxuyum da/
başladım:
ağ tünükə ağ corab dıqqılı qız
səhər məni tez oyat dıqqılı qız
gedim çörəh qazanım dıqqılı qız
aynanı gəti bəzənax dıqqılı qız
yorqanı gəti uzanax dıqqılı qız
bəlkə bir oğlan qazanax dıqqılı qız
anam elə gözlərini ağartdı kı az qaldım qorxumdan siçan dəliyini satın alam…Heç bilmədim bu uşaq şieirində nə varıdı anam belə hirsləndi!!!
Yazar : Zəkiyə Zolfəqarı
(bu yazı doğu azərbaycan ağızında yazılıbdır)
*Folko-Yazı: sayın alırıza sarrafı folklor sayağı yazılmış çağdaş yazılara bu adı veriblər.
Nəfis Sinafər
This post is also available in: تۆرکجه